Bu gün Qəbələdə təşkil olunmuş sayca üçüncü "Qəbələ Kuboku"na yekun vurulacaq. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin həlledici oyunlarına yeni qonaqlar gəlməkdədi.
 
Belə ki, "Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanovla futbol mütəxəssisi Rüstəm Rəhimov da Qəbələyə təşrif buyurub. Onlar bu gün keçiriləcək son oyunları canlı izləyəcəklər.

Xatırladaq ki, "Qəbələ Kuboku"nu bölgə klubunun sabiq baş məşqçisi Toni Adams, "Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Əli Yavaş və bir sıra digər qonaqlar da yaxından izləyirlər. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp