Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca üçüncü "Qəbələ Kuboku"nu 6-cı yerdə başa vuran İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Desmond Con Maher komandasının çıxışını qiymətləndirib. Futbolinfo.az xəbər verir ki, Maher öncə turnirlə bağlı fikirlərini açıqlayıb:
 
– Əla təşkil edilmiş turnirdən zövq aldıq. Xeyli oyun keçirdik. Səyyar mətbəx və meydanlar Qəbələdə yüksək səviyyədədi. Hər şeydən razı qaldıq. Getdiyimiz yerlərdə də bizi yaxşı qarşıladılar. Ona görə də, məmnunuq və hər şeyə görə təşəkkürümüzü bildiririk.
 
– Komandanızın çıxışını necə qiymətləndirərdiz?
– Komandamın çıxışından razıyam. Hesab edirəm ki, taktiki və texniki cəhətdən bütün iştirakçılardan üstün idik. Sərgilədiyimiz futbol ürəyimcə oldu. Digər komandalara gəlincə, onlar daha çox kobud oyuna üstünlük verirdilər.
 
– "Qəbələ"nin oyununu izlədiniz. İngiltərədə atletik futbola üstünlük verilsə də, bizim futbolda bir az fərqlidi. Oyunlara baxdıqda nə nəticə çıxara bildiniz?
– Biz də "Qəbələ"yə qarşı oynadıq. Hesabda öndə olsaq da, rəqibimiz sonda əzmkar heç-heçəyə nail oldu. “Liverpul” akademiyası turnirlərdə qələbə naminə işləmir. Bizim məqsədimiz əsas komanda üçün futbolçular yetişdirməkdi. "Liverpul" üçün belə turnirlərdə qələbə önəmli deyil.
 
– Növbəti illərdə "Qəbələ Kuboku"ndan yenə dəvət gəlsə, iştirak edəcəksiz?
– Əlbəttə, məmnuniyyətlə gələrik. Çünki turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Dəvət gəlsə, bu şansdan yararlanmağa çalışacağıq.
 
– "Qəbələ"nin heyətində bəyəndiyiniz futbolçu oldu?
– 40 dəqiqə ərzində onların bacarığını görmək çətindi. Oyunun videoyazısına sonra baxacam . Ola bilər ki, istedadlı futbolçuları həmin vaxt görə bildim.
PƏRVİZ ELTÜRK, Qəbələ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp