Yuri Syominin gedişindən sonra "Qəbələ" hələ də baş məşqçi axtarışını davam etdirir. Bir neçə gün bundan öncə Rummıniya mətbuatı maraqlı bir iddia ilə çıxış etmişdi. Belə ki, rumınlar həmyerliləri Dorinel Muntyanunun "Qəbələ"yə başçılıq edəcəyini, hətta danışıqların 80 faizinin yekunlaşdığını bildirmişdi.

Əyalət klubunun baş meneceri Zaur Əzizov Futbolinfo.az saytına verdiyi açıqlamada məsələyə aydınlıq gətirib: "Muntyanunun namizədliyi var idi. Lakin indi bu məsələ o qədər də gündəmdə deyil. Namizədlik təklif edilmişdi və razılıq alınmışdı. Biz də maraqlandıq, ancaq hazırda digər namizədlərin üzərində dayanmışıq. Açığı bununla bağlı ciddi məsələ olmadığından, Muntyanunun üzərində dayanmaq olmaz".

Klub rəsmisi baş məşqçi məsələsinin növbəti 3 gündə öz həllini tapacağını bildirib: "Siyahımızda bolqar məşqçinin də adı vardı. Ancaq hazırda konkret ad çəkib, məlumat verə bilməyəcəm. Yaxın 3 gündə məsələ tam həllini tapacaq".

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp