Qəbələdə 15 yaşadək futbolçular arasında təşkil olunmuş "Qəbələ Kuboku" artıq başa çatmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, artıq təmsilçilərimizdən biri – "Neftçi" öz çıxışını başa vurub.
 
Komandamız əvvəlki oyunlarında olduğu kimi, Rusiya "Lokomotiv"i ilə 7-ci yer uğrunda keçirilən qarşılaşmada da məğlubiyyətlə üzləşdi – 0:1.
 
Qeyd edək ki, "Qəbələ Kuboku"nda iştirak edən digər Azərbaycan klublarının diqqət çəkən sindromu var. Belə ki, "Qəbələ" özü istisna olmaqla digər təmsilçilərimiz bu turnirdə qələbə üzünə həsrətdilər. Öncə "Qarabağ", ikinci turnirdə isə "Bakı" "Qəbələ Kuboku"nda qələbə qazana bilməyib. Yalnız zolaqlılar bir dəfə qələbəyə sevinib ki, həmin oyunda da rəqibi elə "Qəbələ" özü olub. Paytaxt təmsilçisi digər klubumuzu yalnız penaltilər seriyasında üstələyə bilib. Oyun vaxtında isə digər təmsilçilərimizin qələbə qazanması mümkün olmayıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp