"İnter"də forma geyən Laşa Salukvadze və Baçana Sxadadze Gürcüstan yığmasının heyətində Səudiyyə Ərəbistanla qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, gürcülər bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

"Bankirlər"in heyətində top qovan Laşa oyunun bitməsinə 10 dəqiqədən bir az artıq vaxt qalanda meydana daxil olubsa, Baçana görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp