"Atletiko"nun forvardı David Vilyanın yeni mövsümdən ABŞ-ın MLS Liqasında mübarizə aparacaq "Nyu-York Siti" klubuna keçidi həll olunub. Futbolinfo.az xəbər verir ki, "The Manchester Evening News" nəşri oyunçunun İngiltərədə bir klinikaya girən zaman çəkilmiş fotolarını yayıb. 

Hansı ki, bu Mançesterdə yerləşən və “Mançester Siti”yə məxsus olan "Bridgewater" xəstəxanasıdı. Nəzərə alsaq ki, ötən aylarda “şəhərlilər” "Nyu-York Siti"ni almışdı, bu da Vilyanın ABŞ klubuna keçidini daha da real edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp