İtaliya A Seriyasına vəsiqə qazanan növbəti klub müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, "Empoli" B Seriyasının 42-ci turunda “Peskara”nı  (2:0) məğlub edərək elitaya vəsiqəni təmin edib.

Maurisio Sarrinin yetirmələri 72 xalla 2-ci yeri tutublar. 1-ci yer isə 86 xal toplayan “Palermo”ya məxsusdu. Hər iki komanda birbaşa A Seriyasına yüksəlib. Daha bir vəsiqə pley-off qarşılaşmalarından sonra bəlli olacaq.

Xatırladaq ki, sonuncu dəfə “Empoli” 2007/08 mövsümündə A Seriyasını tərk etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp