Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Nasimentu 33 il həbs cəzasına məhkum edilib. Futbolinfo.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. 

Buna səbəb onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasdı.Nasimentu ilk dəfə analoji səbəbdən 2005-ci ildə həbs olunub. Məhkum çoxdan belə maddələri qəbul etdiyini, amma narkotik ticarəti ilə məşğul olmadığını açıqlayıb.

Məsələ ilə bağlı olaraq hələ ki, Pele hər hansı açıqlama verməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp