DÇ-2014-ün iştirakçısı olan İtaliya yığması mundial öncəsi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, millinin aparıcı futbolçusu Rikardo Montolivo İrlandiya ilə yoldaşlıq görüşünün (0:0) 9-cu dəqiqəsində zədələnib.
 
Ayağından zədə alan futbolçu oyunu davam etdirə bilməyib. Qarşılaşmadan sonra tibbi müayinədən keçən Montolivonun baldır əzələsində sınma aşkarlanıb.
 
İtaliya millisinin həkimi Enriko Kastellaççi açıqlamasında bildirib ki, "Milan"ın yarımmüdafiəçisi əməliyyat olunacaq. Onun sözlərinə görə, futbolçu 2 aydan sonra sağalacaq. Bu isə o deməkdi ki, Montolivo mundialda iştirak etməyəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp