Dünya çempionatına hazırlaşan Portuqaliya millisinin baş məşqçisi Paulo Bento zədə səbəbindən Yunanıstanla yoldaşlıq görüşünü buraxan Kriştianu Ronaldo haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ulduz futbolçunun mundialı buraxmaq təhlükəsi ilə üz-üzə qalıb:
 
"Hazırda əsas məsələ Ronaldonun sağlamlığıdı. Gəlin, onu rahat buraxaq. FIFA millidə zədəli futbolçuların əvəzlənməsi ilə bağlı 15 iyuna qədər vaxt verib. Qeyd olunan tarixdən sonra bu imkan olmayacaq. Əgər zədəsi tam sağalmasa, başqa nəsə edə bilməyəcəyik".
 
"El Pais" nəşrinin verdiyi xəbərə görə, Ronaldonun dizaltı vətərində ciddi problem var. Əgər futbolçunun vəziyyəti iki həftə ərzində yaxşılaşmasa, Bento onu millinin heyətində çıxaracaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp