Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2015-in seçmə mərhələsində növbəti oyun keçirilib. Futbolinfo.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycanın U-21 yığması da 6-cı matçına çıxıb.
 
Bernard Lippertin yetirmələri doğma meydanda Norveçlə qarşılaşıb. Millimiz qrupdakı yeganə qələbəsini ötən il məhz Norveç üzərində qazanmışdı. Qrupda sonuncu yeri tutan yığmamız rəqibini doğma meydanda da yenə bilsəydi, üçüncü pilləyə yüksələcəkdi. Amma təəssüf ki, ev oyununda minimal hesablı məğlubiyyət komandamızı son pillədə saxlayıb. 
 
AÇ-2015
8-ci qrup
1 iyun
 
Azərbaycan – Norveç – 0:1 (0:0)
Qol: O.Kvoeme, 84 (0:1).
Sarı vərəqə: F.Ulvestad, 57.

Baş hakim: Anatoli Abdula (Ukrayna).
Bakı. "Bayıl Arena".
 

AZƏRBAYCAN: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Elvin Yunuszadə (20. Elvin Həsənalızadə, 46), 8. İlter Taşkın, 10. Abdulla Abatsiyev (17. Elbasan Raşani, 55), 16. Ruslan Tağızadə, 9. Ağabala Ramazanov, 11. Rəşad Eyubov, 21. Samir Masimov (7. Elşən Abdullayev, 63), 23. Məqsəd İsayev (15. Azər Salahlı, 69).
Ehtiyat oyunçular: 22 Şahrudin Məhəmmədəliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 14. Məhəmməd Qurbanov.
NORVEÇ: 1. Aslak Falç, 4. Yonas Qronner, 5. Tomas Qroqaard, 15. Maqnar Odeqard, 3. Ruben Qabrielsen, 7. Fredrik Ulvestad, 8. Daniel Berntsen, 13. Martin Ronninq, 9. Veton Berişa (18. Ohi Kvoeme, 76), 10. Qayas Zahid, 16. Mohamed Elyunussi.
Ehtiyat oyunçular: 12. Sondre Rossbax, 6. Kristian Landu-Landu, 14. Marius Lundemo.
 
1. Portuqaliya
6
6
0
0
17-4
18
2. İsrail
5
3
0
2
17-11
9
3. Norveç
7
3
0
4
10-17
9
4. Makedoniya
6
1
1
4
3-8
4
5. Azərbaycan
6
1
1
4
5-12
4
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp