“Çelsi”nin sabiq üzvü David Luiz PSJ-yə keçindən danışıb. Futbolinfo.az xəbər verir ki, o, Londonda xoşbəxt olsa da, yenilik üçün belə bir addım atdığını bildirib:

“Bu, mənim üçün yeni mərhələ, yeni proekt, yeni ölkə, yeni dildi. “Çelsi”də çox xoşbəxt idim. Komandayla birgə titullar qazandım. Amma tsikl başa çatdı. Yeni mərhələ Parisdə start götürəcək. Rəsmi olaraq yalnız transfer pəncərəsi açıldıqdan sonra PSJ-nin futbolçusu olacağam. Amma deyim ki, bütün sənədlər qaydasındadı, hər iki tərəf imzasını atıb. Bu durumdan çox məmnunam”.

Qeyd edək ki, Luiz 2011-ci ildən “Çelsi”nin şərəfini qoruyurdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp