Üçüncü "Qəbələ Kuboku"nun ən yaxşı oyunçuları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ən yaxşıların siyahısında iki təmsilçimiz – "Qəbələ" və "Neftçi"dən heç kim yer almayıb.
 
Final matçı (Anderlext – Fənərbağça) başa çatan kimi, öncə həlledici qarşılaşmanı idarə edən hakimlər mükafatlandırılıb. Ardından isə adları aşağıda göstərilmiş futbolçular mükafatçı kimi təltif olunublar:
 
Feyr-pleyə görə: Leo Çaukin (Lokomotiv, Rusiya)
Ən yaxşı qapıçı: Aleks Knyejanrek (Rapid, Avstriya)
Ən yaxşı müdafiəçi: Lyam Koyl (Liverpul, İngiltərə)
Ən yaxşı yarımmüdafiəçi: Məsut Çapkan (“Fənərbağça”)
Ən yaxşı hücumçu və oyunçu: Mişel de Luz (“Anderlext”)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp