"Mançester Yunayted"in sabiq baş məşqçisi Devid Moyes İstanbula gəlib. Futbolinfo.az xəbər verir ki, bu haqda xəbəri Türkiyənin "Amkspor" qəzeti yayıb.
Şotlandiyalı mütəxəssisin "Qalatasaray" rəhbərliyi ilə danışıqlar üçün İstanbula gəldiyi bildirilir. Qəzet tərəflərin anlaşdığını və müqavilə imzalayacağını iddia edib.
Daha öncə Moyes verdiyi açıqlamada 7 klubdan gələn təklifləri rədd etdiyini bildirmişdi. Avropa mətbuatında yayılan xəbərlərə inansaq, Moyes özü də "Qalatasaray"a müsbət baxır.