Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona Uruqvay millisinin forvardı Luis Suaresin İtaliyanın müdafiəçisi Corco Kyellinini dişləməsindən sonra FIFA tərəfindən ağır cəza almasına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, ali futbol qurumunu ədalətsizlikdə ittiham edib:
“Ədalətsiz qərar verildi. Suaresin bu qədər cəza almasını anlamıram. O nə edib ki? Adam öldürüb? FIFA niyə onun edamını da istəmədi? Hər futbolçu karyerası ərzində dünya çempionatında oynamaq üçün çalışır. Ancaq FIFA Suaresi mundialdan kənarlaşdırdı. Zidanın DÇ-2006-nın finalında etdiyi hərəkəti xatırlayın. Həmin hərəkətdən sonra FIFA Zidana “Qızıl buts” mükafatını vermişdi".