Topaz Premyer Liqasının son mövsümünün 3-cü dövrəsi başlayanda "Sumqayıt"dan ayrılaraq AZAL-a transfer olunan qapıçı Elçin Sadıqov ona bəslənilən etimadı hec cür doğrulda bilmədi. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən mövsüm başa çatan kimi əlcək sahibi ilə yollar ayrıldı.
Ancaq Sadıqovun topsuz günləri elə də uzun çəkmədi. Belə ki, əldə etdiyimiz məlumata görə qapıçı "Araz Naxçıvan"la anlaşıb. Növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev futbolçunun xidmətinə ehtiyac duyub. U-21 millimizin sabiq üzvü ilə 1 illik müqavilə imzalanması gözlənilir.