"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, hazırlığın 6-cı günündə komandanın proqramında 2 məşq vardı.
Ağdamlılar səhər məşqinə ənənəvi olaraq yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıblar. Komandanın çalışması 90 dəqiqə davam edib.
Qeyd edək ki, "Qarabağ" bu gün Rusiya "Krasnodar"ı ilə yoxlama oyunu keçirəcək.