DÇ-2014-ün 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, pley-off mərhələsinin ilk oyun günündə keçirilən iki oyunla 1/4 finalçılardan ikisinin adına aydınlıq gəlib.
 
Öncə meydana Braziliya və Çili komandaları çıxıb. Qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penalti zərbələrinə ehtiyac duyulub. Daha dəqiq oynayan mundialın ev sahibləri 1/4 finala ilk vəsiqənin sahibi olub.
 
Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gəlib. Ceyms Rodriqesin dublu kolumbiyalıları növbəti mərhələyə daşıyıb.
 
DÇ-2014
1/8 final
28 iyun
 
Braziliya – Çili – 1:1 (penaltilər – 3:2)
Qollar: D.Luis, 18 – A.Sançes, 32.
 
Kolumbiya – Uruqvay – 2:0
Qollar: C.Rodriqes, 28; 50.
Shares: