"Qəbələ"nin Sloveniyadakı təlim-məşq toplanışı başa çatıb. Futbolinfo.az xəbər verir ki, komanda artıq geri qayıdıb.
Baş məşqçi Dorinel Muntyanu bu gün yetirmələrinə istirahət verib. Sabah "Qəbələ" yenidən bir araya gələcək və Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya "Şiroki Briyeq"i ilə ilk oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, komandamız Sloveniyadakı hazırlıq prosesi çərçivəsində 3 sınaq matçı keçirib. "Stoynitsa" və "Maribor"a eyni hesabla (1:0) qalib gələn "Qəbələ", digər yerli komanda "Koper"ə oxşar hesabla məğlub olub.