Son mövsümünü 8-ci pillədə başa vuran AZAL daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki,"təyyarəçilər" "Rəvan"ın gənc futbolçusu Orxan Lalayevi heyətə cəlb edib.
 
Əldə etdiyimiz məlumata görə, müdafiəçi Tərlan Əhmədovun başçılıq etdiyi komandada 1 il müddətində icarə əsasında çıxış edəcək. Transferin rəsmiləşməsinin klub tərəfindən sabah ictimaiyyətə açıqlanması gözlənilir.
Shares: