Növbəti mövsümdə iddialı komanda qurmağı planlaşdıran AZAL-ın baş məqşçisi Tərlan Əhmədov bir sıra futbolçuları baxışa cəlb edib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı baxışa cəlb olunmuş U-21 millimizin sabiq üzvü Emin Mustafayevlə yanaşı, bir sıra futbolçularla bağlı qərarını verib. Bu barədə Əhmədov saytımıza açıqlamasında bildirib:
 
"Emin Mustafayev haqda mənə çox danışmışdılar. Mən də onun hansı durumda olmasına baxmaq istədim. Əvvəlki oyunlarını da izləmişdim. Qənaətbəxş təsir bağışlayır. Hələ qarşıda "Rəvan" və "Neftçala" ilə yoxlama matçımız var. Komandaya yeni futbolçular cəlb olunacaq. Demək olar ki, yerli futbolçuların limitini bağlamışam. 4-5 yaxşı gəlmə futbolçu olacaq ki, biz də yaxşıların içindən yaxşısını seçməyə çalışacağıq. Çempionatda vuruşan yox, yer uğurunda mübarizə aparan komanda yaratmaq istəyirik. Pleymeyker, dayaq yarımmüdafiəçisi, hüçümçu, yarımmüdafiənin solunda oynayan futbolçularla güclənəcəyik".
Shares: