Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" və "İnter"in sözügedən turnirin birinci təsnifat mərhələsi çərçivəsindəki cavab oyunlarının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, son mövsümün gümüş mükafatçısı "İnter" Moldovanın "Tiraspol" komandasını "Şəfa" stadionunda qəbul edəcək.
"Bankirlər"in matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. Tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanan "Qəbələ" isə Bosniya Hersaqovinanın "Şiroki Briyeq" ilə "Petsera" stadionunda 22:30-da qarşılaşacaq.
Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə ayın 10-da keçiriləcək.