Baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray"ın dünən “Mançester Yunayted”in sabiq çalışdırıcısı İstanbulda Devid Moyeslə görüşdüyü barədə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq şotland mütəxəssis ötən gün İstanbuldan ayrılıb.
 
Devid klub prezidenti Ünal Aysalla bağlı qapılar arxasında görüşdükdən sonra hava limanında ona suallar ünvanlayan jurnalistlərə də heç bir cavab verməyib.
 
Moyes qərarını yaxın günlərdə verəcək.
Shares: