"Xəzər Lənkəran" daha bir futbolçusunu yola salıb. Futbolinfo.az xəbər verir ki, bu dəfə braziliyalı Elias Ribeyro gedenlər karvanına qoşulub.
"Ağ-yaşıllılar"ın baş məşqçisi Oğuz Çətin növbəti mövsümdə onun xidmətində maraqlı olmadığını qətiləşdirib. Cənublularla 2015-ci ilin sonuna qədər müqaviləsi olan futbolçuya yeni komanda tapması tapşırılıb.
Bu, hazırda təlim-məşq toplanışını Türkiyənin Ərzurum bölgəsində davam etdirən cənubluların heyətindən göndərilən altıncı legionerdi. Buna qədər türk çalışdırıcı Adrian Pit, Zohair Benuahi, Nikola Qliqorov, Alvaro Silva və Deyvid Sakkonin xidmətindən imtina etmişdi.