Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində bu gün son oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması da turnirdəki son matçına çıxıb.
Həlledici mərhələdə futbolçularımızın rəqibi Qazaxıstan olub. Beşinci yer uğrunda keçirilən oyun millimizin qələbəsi ilə başa çatıb – 5:0.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində Tacikistana 1:2 hesabıyla uduzmuş, İspaniya ilə sülh bağlamışdı – 1:1.