Braziliyada keçirilən 20-ci dünya çempionatında həyəcan davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha iki 1/4 finalçının adına aydınlıq gəlib.
 
Öncə Hollandiya və Meksika yığmaları üz-üzə gəlib. B qrupunun lideri ilə A qrupunun ikincisi arasında keçirilən qarşılaşmada Avropa təmsilçisi favorit göstərilən tərəf idi. Amma görüşdə hesabı meksikalılar açıblar. Buna baxmayaraq, son dəqiqələrdə iki qol vuran hollandlar növbəti mərhələyə vəsiqəni təmin edə biliblər.
 
D qrupunu gözlənilməz şəkildə 3 dünya çempionunun arasında lider kimi tamamlayan Kosta Rika C qrupunda son saniyə qolu ilə ikinci olan Yunanıstanla 1/4 final uğrunda yarışıb. Qarşılaşmanın taleyi penaltilərlə həll olunub. Kosta Rika qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.
 
Qeyd edək ki, bu iki matçda qalib olan komandalar 1/4 finalda rəqib olacaqdılar. Bu üzdən də növbəti mərhələdə Hollandiya elə günün digər qalibi Kosta Rika ilə qarşılaşmalı olacaq.
 
DÇ-2014
1/8 final
29 iyun
 
Hollandiya – Meksika – 2:1
Qollar: U.Sneyder, 88, K.Huntelaar, 90 – C.D.Santos, 48.
 
Kosta Rika – Yunanıstan – 1:1 (penaltilər – 5:3)
Qollar: B.Ruis, 52 – Sokratis, 90+1.
Shares: