Braziliyada keçirilən Dünya Çempionatı davam edir. Futbolinfo.az xəbər verir ki, mundial dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də böyük maraqla izlənilir. Artıq dünən DÇ-2014-ün 1/8 final mərhələsinə start verilib.
 
Dünən keçirilən matçlardan sonra Braziliyia Çilini, Kolumbiya isə Uruqvayı mübarizədən kənərlaşdırıb. Mundiala ev sahibliyi edən Braziliyanın qələbə qazanması "Neftçi"nin futbolçusu Julius Vobayı irəli sala bilərdi. Belə ki, matçdan əvvəl o Braziliyanın Çili üzərində qələbə qazanmasına 10 min dollar pul qoymaq istəyib. Bunu futbolçunun özü sosial şəbəkələrin birində yazıb.
 
"Oyunçu almağa gücümüz çatmır" deyən Sadıq Sadıqov deyəsən, Vobaya həddindən artıq pul verir. Futbolçu da həmin məbləği xərcləməyə yer tapmır.
Shares: