"Rəvan"la mübarizənin sonunda Premyer Liqada qalmağı bacaran "Sumqayıt" növbəti mövsümün hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 15-də Türkiyəyə yolda düşəcək.
 
Kartəpə vilayətində hazırlaşacaq komandanın demək olar ki, heyəti komplekləşib. Əldə etdiyimiz məlumata görə, bundan sonra komandanı heç bir futbolçu tərk etməyəcək. Aqil Məmmədov komandasını yalnız hücumçu ilə gücləndirmək istəyir. Hələ ki, sumqayıtlıların hücumçu axtarışı davam edir. Komandaya cəlb olunacaq forvardın yerli olacağı dəqiqdi.
Shares: