“Bakı” bu gün növbəti Premyer Liqa mövsümünün hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, səhər saat 10:00-a təyin olunan məşq fiziki hazırlığa həsr olunub.
 
Saat 18:00-da isə toplu çalışmalar həyata keçiriəcək. Onu da qeyd edək ki, “Bakı”nın əvəzedici heyətinin 3 futbolçusu – Valeh Seyidov, Mahir Mədətov və Ülvi Süleymanov da əsas komandaya qoşulub. AZAL-dan ayrılan qapıçı Elməddin Məmmədov da "zolaqlılar"ın düşərgəsinə təşrif buyurub. Cavid Hüseynov, Əfran İsmayılov və Rauf Əliyev isə fərdi hazırlıqla kifayətlənib. (klub saytı)
Shares: