"Bakı"nın maliyyə problemləri hələ də həllini tapmayıb. Futbolinfo.az xəbər verir ki, komanda üzvlərinə vəziyyətin düzələcəyinə dair söz verilsə də, hələ ki, ortalıqda heç nə yoxdu.
 
Bu üzdən komandanı bir neçə futbolçunun tərk edəcəyi məlum məsələdi. Artıq növbəti mövsümdə "Bakı"da çıxış etməyəcək bir futbolçunun adı bizə məlumdu. Əldə etdiyimiz məlumata görə, Cavid Hüseynov "Bakı"dan ayrılır. Klub rəsmiləri bununla bağlı hətta futbolçunun özü ilə də söhbət ediblər. İş burasındadı ki, klubun yarımmüdafiəçiyə 150 min dollara yaxın borcu var. Klub bu borc qarşılığnda onunla 1 illik müqaviləni ləğv edəcək.
 
Yəni, "Bakı"nın ona olan borcunun qarşılığında futbolçuya azad agent statusu veriləcək. Futbolçu iyulun 1-də komanda təlim-məşq toplanışı üçün Avstriyaya yola düşsə, onlara qoşulmayacaq.
Shares: