Maltanın "Valletta" klubunun kapitanı Rayan Fenek Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ"la bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına bunları söyləyib:
"Azərbaycan çempionuna – "Qarabağ"a qarşı oyunumuzun çətin keçəcəyini bilirik. Bizim üçün indiki məqamda əsas olan son mövsümdə topladığımız yüksək tempi qoruyub saxlamaqdı".
Maltada ilin futbolçusu seçilən kapitan son mövsümdə "Valletta"nın hazırda parlaq mövsüm keçirdiyini düşünür. Qeyd edək ki, 28 yaşlı Rayan "Valetta"nın əsas qol silahlarındadı.