Xəbər verdiyimiz kimi, yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL 5 günlük məşqlərdən sonra ilk yoxlama görüşünü keçirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" “AZAL Arena”da Azərbaycanın tələbələrdən ibarət yığma komandası ilə görüşüb və darmadağına imza atıb.
 
Baş məşqçi Tərlan Əhmədov ixtiyarında olan futbolçuların hamısına meydanda özünü göstərmək üçün şans verib. Belədə komandanın heyətində 24 futbolçu meydana çıxıb. İlk hissədə meydanda bu futbolçular olub: Stanislav Namaşko, Novruz Məmmədov, Oskars Klyava, Asif Mirili, Laşa Kasradze, Orxan Lalayev, Kərim Diniyev, Rəşad Abdullayev, Pavel Xorquaşvili, Təmkin Xəlilzadə, Aydın Qasımov.
 
İkinci yarıda isə heyət belə olub: Ruslan Məcidov (Taleh Əsədov), Eltun Yaqublu, Tural Nərimanov, Səbuhi Həsənov, Xuan Martines, Emin Mustafayev, Şəhriyar Rəhimov, Orxan Həsənov, Con Oluremi (Orxan Səfiyaroğlu), Elmin Çobanov, Viktor İqbekoyi.
 
İlk hissədə rəqib müqavimət göstərək hesabın açılmasına imkan verməyib. Daha doğrusu, AZAL-ın futbolçuları ələ düşən imkanları boşa verib. Fasilədən sonra isə qollar sıralanıb. Əvvəlcə 50-ci dəqiqədə Con Oluremi İqbekoiyə qarşı kobudluğa görə təyin olunan penaltini boşa verməklə seçilib. Amma sonrakı 5 dəqiqə ərzində komanda 2 dəfə qola sevinib. Öncə baxışda olan Emin Mustafayev, sonra isə Viktor İqbekoyi fərqlənib. Elə görüşdə yekun nəticəni də Viktorun qolu müəyyənləşdirib – 3:0. (klub saytı)
Shares: