Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən “Simurq” hazırda əsasən fiziki testlər verir. Futbolinfo.az xəbər verir ki, gündə iki dəfə məşqə çıxan komanda səhər idmanında fiziki ağırlıqlı çalışmaları yerinə yetirir.
 
Axşam məşqləri isə yüngül isinmə hərəkətlərindən sonra qısa ötürmələr, iki qrupa bölünərək “kvadrat” və ikitərəfli oyunla tamamlanır. Ötən gün səhər idmanında məşqçilər korpusu yetirmələrinin fiziki hazırlığını ölçüblər. Bundan sonra istirahətə çəkilən komanda  günü axşam məşqi ilə tamamlayıb.
 
Xəbər verdiyimiz kimi, artıq Stepan Polyak da düşərgəyə qoşulub. Axşam məşqinə çıxan xorvatiyalı yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə bağlanacaq. (klub saytı)
Shares: