AZAL yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu tələbələrdən ibarət Azərbaycan yığma komandasına qarşı keçirdi. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra baş məşqçi Tərlan Əhmədov oyunla bağlı klubun rəsmi saytına danışıb:
 
“Rəqib tələbələrdən ibarət yığma komanda olsa da, bu gün çox gözəl oyun nümayiş etdirdilər. Belə oyunlara elə də önəm vermirəm. Sadəcə, komandanın fiziki durumunun hansı vəziyyətdə olması məni maraqlandırırdı. Hər iki hissədə fərqli heyəti meydana çıxardım. İxtiyarımda olan 24 futbolçunun hamısından yararlandım. Komandanın qələbə qazanıb-qazanmaması elə də ciddi önəm daşımırdı. Ancaq hər halda meydana qələbə üçün çıxırıq. Çünki indidən qələbənin təməli qoyulmalıdı. Bu həftə sırf fiziki hazırlığa önəm vermişdim. Qələbə qazanmağımıza baxmayaraq, hələ də çatışmazlıqlarımız var. Bundan sonra bunun üzərində çalışacağıq. Qarşıda hələ görüləsi işimiz çoxdu”.
 
Shares: