Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" Avstriyada təlim-məşq toplanışını başa vurur. Futbolinfo.az xəbər verir ki, "bankirlər" "Tiraspol"la qarşılaşmaq üçün sabah Moldovaya yola düşəcək.
 
Tanınmamış respublika olan Tiraspolda sərnişinlər üçün hava limanı olmadığından "İnter" çarter reysi ilə Moldovanın paytaxtı Kişniyova uçacaq. Klub rəhbərliyi hətta bunun üçün təyyarə də kirayələyib. Həmin təyyarə bütün istiqamətlərdə "İnter"in futbolçularını aparcaq. Belə ki, Kaxaber Sxadadzenin yetirməli kirayələnmiş təyyarə ilə Avstriyadan Moldovaya, matç başa çatdıqdan sonra isə Bakıya qayıdacaqlar.
 
Qeyd edək ki, "Tiraspol" – "İnter" matçı iyulun 3-də, Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Shares: