Tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanan "Qəbələ" Bosniya "Şiroki Briyeq"ini  doğma azarkeşləri önündə qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionu artıq tam hazır vəziyyətə gətirib.
 
Bu barədə saytımıza açıqlamasında klubun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov məlumat verib: "Tribunlar artıq hazırdı. İşıq dirəkləri də quraşdırılıb. Elektron tablo da oyun gününə qədər hazır olacaq. Futbolçların soyunub-geyinmə otaqları isə ideal vəziyyətə gətirilib. Media işləri üçün yeni kreslolar quraşdırılıb. Stadiona "wi-fi"çəkilib". 
 
Biletlərin qiymətinə gəldiksə isə Nəsibov bildirib ki, ən ucuz bilet 1 manat olacaq. VİP biletlərin qiyməti isə 20 manatdı.
Shares: