Son mövsümü 7-ci pillədə tamamlayan "Simurq" hazırlıqlarını Sloveniyada davam etdirir.  "Sarı-qaralar" hazırlığın ilk mərhələsini burada keçdikdən sonra iyulun 17-də Avstriyada təlim-məşq toplanışın ikinci mərhələsinə start verəcək.
 
Buna qədər komanda Sloveniyada 4 yoxlama matçı keçirməyi nəzərdə tutmuşdu. Georgi Çixradze yetirmələrinin gücünü ilk olaraq Ukraynanın "Zarya" klubu ilə oyunda sınamalıydı. Ancaq bəzi problemlərə görə "Simurq"un Luqansk təmsilçisi ilə matçı baş tutmayacaq. Bu barədə "Zarya"nın rəsmi saytı məlumat yayıb.
 
Qeyd edək ki, "Zarya" – "Simurq" matçı bu gün baş tutmalıydı. Ukrayna klubu isə "Simurq"un əvəzində Sloveniya çempionatını 5-ci pillədə başa vurmuş "Zavrç" klubu ilə qarşılaşacaq.
Shares: