Uzun müddətdi ki, "Barselona"nın transfer siyahısında olan Xuan Kuadrado katalon klubuna keçəcəyi barədə çıxan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, o, Florensiyada xoşbəxt olduğunu bildirib:
“Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm. Sonra gələcək haqqında düşünmək üçün çox zamanım olacaq. Dəyərimin 30 milyon avrodan artıq olmasını bilmək qəribə hissdi. İlk əvvəl buna çox sevinirdim. "Fiorentina"da oynamaqdan məmnunam. Bu haqda fikirlərim dəyişməyib".
Kuadrado hazırda Kolumbiya millisi ilə DÇ-2014-də sərgilədiyi oyunla “elçi”lərinin sayını artırıb.