"Bavariya"nın hücumçusu Mario Manjukiçi heyətində görmək istəyən Avropa nəhənglərinin sayı artır. Futbolinfo.az xəbər verir ki, bunu "Corriere dello Sport" iddia edib.
 
Xəbərə görə, "İnter" 28 yaşlı forvardın xidmətində maraqlıdı. Yaxın günlərdə "neradzurra”nın Manjukiçə görə rəsmi təklif göndərəcəyi gözlənilir.
 
Xatırladaq ki, xorvatiyalı futbolçu Pep Qvardiolanın sisteminin ona uyğun olmadığı səbəbindən "Bavariya"nı tərk edəcəyini açıqlamışdı.
 
"İnter"dən başqa "Arsenal", "Real" və "Milan" Manjukiçlə maraqlanır.
Shares: