Türkiyə nəhəngi "Qalatasaray"ın sabiq baş məşqçisi Roberto Mançini böyük ehtimalla İtaliya millisinin yeni çalışdırıcısı olacaq. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis yığmada işləmək üçün məvacibindəki endirimlə razılaşıb.
 
Çezare Prandelli İtaliyanın mundialdakı uğursuz çıxışının ardından istefa verməsi federasiyanı Mançini ilə anlaşmağa vadar edib. Namizədlər arasında Luçano Spaletti və Massimiliano Alleqri olsa da, Mançini daha ideal variant sayılır.
Shares: