Almaniyanın "Bavariya" klubu "Yuventus"a Arturo Vidala görə yeni təklif göndərib. Futbolinfo.az xəbər verir ki, Münhen klubu bu dəfə çilili yarımmüdafiəçi üçün 40 milyon avrosundan keçməyə hazır olduğunu bildirib.
 
“Bavariya" rəhbərliyi futbolçunun DÇ-2014-dəki çıxışını bəyənib və məbləği qaldırmaq qərarına gəlib. Lakin "Yuventus" Vidalı 60 milyon avrodan aşağı satmaq fikrində deyil.
 
Qeyd edək ki, Vidalla "Real", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" də yaxından maraqlanır.
Shares: