DÇ-2014-də A qrupunda keçirilən Kamerun – Xorvatiya (0:4) oyunu ilə bağlı qalmqallı xəbər ayılıb. Futbolinfo.az xəbər verir ki, Almaniyamətbuatı bu oyunun əvvəlcədən danışıldığını bildirib.
Daha əvvəl bu cür saxtakarlıqlarda adı hallanan sinqapurlu Rac Perumal sözügedən qarşılışma haqda sensasiyalı açıqlama verib.
Kamerun – Xorvatiya oyunundan əvvəl Rac Perumal özünün “Facebook” səhifəsində yazıb ki, oyun xorvatların 4:0 hesablı qələbəsi ilə başa çatacaq, birinci hissədə isə futbolçulardan biri qırmızı vərəqə alacaq.
Qarşılaşma dediyi kimi də olub. Matçın 40-cı dəqiqəsində Aleks Sonq xorvatiyalı Mario Mancukiçə qarşı bilərəkdən kobudluq etdiyi üçün meydandan qovulub.
Perumal Almaniya mətbuatına müsahibəsində “Kamerun millisində oyun satmaqla məşğul olan yeddi əclaf var” deyib.
Perumal son 20 ildə danışılmış oyunların iştirakçısı olduğu üçün 6 dəfə həbs olunub.