Kosta Rika yığmasının qolkiperi Keylor Navas dünya çempionatında hələ ki, ən yaxşı qapıçı mövqesindədi. Futbolinfo.az xəbər verir ki, o, top qaytarmaya görə mövqesində liderdi.
Navas qapıya ünvanlanan zərbələrin 87,5%-ni qaytara bilib. Bu da ən azı 2 oyun keçirən qapıçılar arasında ən yaxşı nəticədi.
Qolkiper 2 dəfə oyunun ən yaxşısı seçilib. Dünənki qarşılaşmada isə Gekasın penaltisini dəf etməklə komandasını 1/4 finala yüksəldib.