Hollandiya yığmasının baş məqşçisi Lui Van Qaal komandanın zədəli futbolçusu Nayçel De Yonq barədə məlumat verib. Futbolinfo.az xəbər verir ki, o, böyük ehtimalla yarımmüdafiəçinin dünya çempionatını başa vurduğunu bildirib:
 
“Bu, ciddi itkidi. Lakin yenə də ümidimi itirmirəm, Nayçellə bağlı heç nəyi qəti söyləmək olmaz. Çünki o, həmişə oynamaq istəyir. Həkimlər onu müayinə emtəlidilər”.
 
Xatırladaq ki, 29 yaşlı futbolçu Çili ilə 1/8 final matçının 9-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Shares: