DÇ-2014-də mübarizəni davam etdirən Almanya millisi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın istedadlı forvardı Lukaş Podolski zədələnib.
O, buna görə Əlcəzairlə matçı buraxmalı olacaq. Baş məşqçi Yoahim Löv mətbuata açıqlamasında 29 yaşlı futbolçunun ABŞ-la matçda zədələndiyini qeyd edib. Forvardın 2-3 gün dincəlməyə ehtiyacı var. Löv dizindən zədələnən Jerome Boatenqin isə meydana çıxacağını ifadə edib.
Podolski bu mundialda cəmi 54 dəqiqə meydanda olub.