Yaponiya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-dəki uğursuz çıxışdan sonra istefa verən Alberto Zakkeroninin yerinə Xavyer Aqirre gətirilib.
 
Asiya təmsilçisini bundan sonra meksikalı mütəxəssis çalışdıracaq. So olaraq “Espanyol”da çalışmış Aqirre Yaponiya millisi ilə 4 illik müqavilə imzalayacaq. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
 
Qeyd edək ki, 55 yaşlı mütəxəssisin bu günədək yalnız öz ölkəsində milli komanda təcrübəsi olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp