Fransa millisinin sabiq hücumçusu David Terezeqinin yeni iş yeri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu “River Pleyt”lə anlaşıb.
Bu haqda hücumçu özü məlumat verib: “Daha əvvəl də demişdim ki, karyeramı “River Pleyt”də başa vuracağam. İndi də sözümün üstündə dururam”.
Argentina əsilli fransız forvard 2011-13-cü illərdə “River Pleyt”də çıxış edib. Son olaraq isə o, “Nyuells Old Boyz”da forma geyib.