Portuqaliya nəhəngi “Portu” növbəti transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, komanda Hollandiya millisinin və “Feyenoord”un müdafiəçisi Bruno Martins İndi ilə razılığa gəlib.
 
22 yaşlı müdafiəçi üçün portuqallar qarşı tərəfə 8,5 milyon avro ödəyib.
 
Qeyd edək ki, son mövsümdə Hollandiya çempionatında 26 matçda meydana çıxan İndi DÇ-2014-dəki oyunu ilə də rəğbət qazanıb.
Shares: