UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də keçiriləcək "Tiraspol" (Moldova) – "İnter" oyununu idarə edəcək hakimlər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcəklər. Baş hakim Ante Vuçemiloviç olacaq. Baş hakimin köməkçiləri Dalibor Conjar, Hrvoje Barişiçdi. Dördüncü hakim funksiyasını isə Damir Batiniç yerinə yetirəcək.
Shares: