Xəbər verdiyimiz kimi, "Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində 5 hazırlıq matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, artıq "Şaxtyor" və "Krasnodar"la qarşılaşan komanda iyulun 1-də 3-cü oyununa çıxacaq.
 
Sabah Almaniyanın regional liqa təmsilçilərindən olan "Vakker Burqhausen"lə planlaşdırılan oyunun başlama saatı dəqiqləşib. Komandamızın məşq etdiyi meydanda baş tutacaq oyun yerli vaxtla 17:00-da (Azərbaycan saatıyla 20:00) start götürəcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp